...

Azərbaycanın futbol klublarının xərcləri gəlirlərindən çox olub

İdman Materials 8 Mart 2018 11:33 (UTC +04:00)
Azərbaycanın futbol klublarının xərcləri gəlirlərindən çox olub.
Azərbaycanın futbol klublarının xərcləri gəlirlərindən çox olub

Bakı. Trend:

Azərbaycanın futbol klublarının xərcləri gəlirlərindən çox olub.

Trend-in AFFA-nın 2017-ci il üzrə hesabatına istinadən verdiyi məlumata görə, Premyer Liqa klublarında çalışan azərbaycanlı məşqçilərin sayı 94%-dan 93%-dək azalıb.

Klublarda əməkhaqlarına sərf olunan vəsait 26% artıb. Bundan başqa, klubların ümumi gəlirləri 21%, xərcləri isə 31% artıb.

Premyer Liqa matçlarına bilet satışından olan ümumi gəlir (-80%), UEFA-nın yarışları üzrə isə (-52%) azalıb. Həmçinin Kəpəz PFK-nın ev oyunlarında azarkeş sayı 38% azalıb. Ümumi olaraq ötən mövsümlə müqayisədə stadionlara gələn azarkeşlərin sayında azalma müşahidə olunur.

Hesabatda qeyd olunur ki, Premyer Liqa klublarının nəzdində çıxış edən uşaq-gənclər komandalarının sayı 8% azalıb. Klubların nəzdində çıxış edən qızlar komandalarının sayı isə 5-dən 6-ya yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti