...

Əkiz bacılar idman gimnastikası üzrə Bakı Çempionatında çıxışları haqqında

İdman Materials 30 İyun 2018 17:57 (UTC +04:00)
Yarış yaxşı keçdi, biz çıxışlarımızdan razıyıq.
Əkiz bacılar idman gimnastikası üzrə Bakı Çempionatında çıxışları haqqında

Bakı. Cani Babayeva - Trend:

Yarış yaxşı keçdi, biz çıxışlarımızdan razıyıq.

Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında "uşaqlar" kateqoriyasında qızıl və gümüş medal sahibləri, əkiz bacılar Amaliya və Asiya Ağayevalar deyiblər.

Asiya Ağayeva deyib: "Gümüş medalla razıyam, çünki məşqdə yaxşı alınmırdı, bu gün isə alındı".

Amaliya Ağayeva isə deyib ki, onlar arasında rəqabət yoxdur və hər zaman bir-birilərini dəstəkləyirlər.

Əkiz bacılar bildiriblər ki, Milli Gimnastika Arenasında çıxış etmək xoşlarına gəlir:

"Arena çox gözəldir. Xoşbəxtik ki, bütün ailəmiz bizə tamaşa edirdi, bu bizə kömək oldu. Amma çıxışlar zamanı valideynlərimizə baxmırıq, çünki bu, fikrimizi yayındıra bilər".

Asiya Ağayeva deyib ki, yarışlar zamanı həyəcanlanmayıb, bacısı isə bir qədər gərginlik keçirib:

"Həyəcanlananda ən yaxşı məşqlərimi, məşqçiminin dediklərini xatırlayıram və bütün narahtlığım keçir", Amaliya Ağayeva əlavə edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilib.

İki gün davam edən yarışlarda ümumulikdə Bakı gimnastika məktəbini, “Ocaq Sport” və “Neftçi” klublarını, “Zirə” mədəniyyət mərkəzini, Respublika Olimpiya İdman Liseyini, eləcə də Sumqayıt şəhərini təmsil edən 100-dən çox gimnast iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti