...

Karateçilərimiz beynəlxalq təlim-məşqləri başa vurub (FOTO)

İdman Materials 12 Sentyabr 2018 09:30 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin Bazel şəhərində 31 ölkə idmançılarının iştirakı ilə 9-cü nüfuzlu "Bazel Open Masters" turnirində 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstərən milli komandamız yarışdan sonra 10 günlük beynəlxalq təlim-məşqləri başa vurub.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, bir neçə ölkə idmançılarının qatıldığı beynəlxalq təlim-məşqlərin son günü Bazel şəhər baş idman təşkilatının rəsmiləri milli komandamızla görüş keçirib. Hazırlıq prosesini izləyən yerli rəsmi idman nümayəndələri, dünya şöhrətli Azərbaycan milli komandası ilə görüşdən məmnun qaldıqlarını bildirərək, idmançı və məşqçilərə xatirə hədiyyələri təqdim ediblər.

Turnirin və beynəlxlaq təlim-məşqlərin təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız Bazeldən birbaşa Berlinə Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinə yollanıb.

Almaniyanın paytaxtında mövsümün növbəti Karate1 Premyer Liqa turniri, həm də Tokio 2020 Olimpiadasına lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq.

Mötəbər tutnirdə Firdovsi Fərzəliyev (-60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) yer alıb. Milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov və Denis Morozov da qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti