...

Məşqçi: Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq

İdman Materials 15 Noyabr 2018 16:16 (UTC +04:00)
Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq.
Məşqçi: Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında gimnastika üzrə təlim-məşq toplanışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb.

Bunu Trend-ə bədii gimnastika üzrə kolumbiyalı məşqçi Alexandra Forero deyib.

O, Bakıda təlim-məşq toplanışına iki kolumbiyalı idmançının gəldiyini bildirib:

"Onlar Luna Enao və Salome Rikartodur. Bakıya gimnastika çalışmalarının çətinlik səviyyəsini artırmaq üçün gəlmişik ki, buradakı hazırlıq onlara beynəlxalq yarışlarda daha yüksək nəticələr əldə etməyə kömək etsin".

A.Forero qeyd edib ki, Bakıda intensiv məşqlər kolumbiyalı gimnastların fiziki hazırlığını artıracaq:

"Bu, kolumbiyalı gimnastların Bakıya ilk səfəridir. Onlar Milli Gimnastika Arenasında məşq üçün yaradılmış şəraitdən çox razıdırlar. Azərbaycanlı məşqçilər peşəkardırlar, bizə hər cür kömək edirlər. Milli Gimnastika Arenasının zalı çox rahatdır. Kolumbiyada idmançılarımız cəmi bir xalçada məşq edirlər, burada isə gimnastların məşq etməsi üçün çox xalça var".

Kolumbiyalı məşqçi bu il İspaniyanın Qvadalahara şəhərində keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışını izlədiyini və çox bəyəndiyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti