...

"Barselona" 3:0 "Eybar": Messi İspaniya Çempionatıda 400-cü qolunu vurub

İdman Materials 14 Yanvar 2019 01:36 (UTC +04:00)
"Barselona" futbol klubu İspaniya Futbol Çempionatının 19-cu turunda "Eybar" komandasını qəbul edib.
"Barselona" 3:0 "Eybar": Messi İspaniya Çempionatıda 400-cü qolunu vurub

Bakı. Trend:

"Barselona" futbol klubu İspaniya Futbol Çempionatının 19-cu turunda "Eybar" komandasını qəbul edib.

Trend-in məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 19-cu dəqiqədə Luis Suares açıb. Hesabda fərqi 53-cü dəqiqədə "Barselona"nın hücumçusu Lionel Messi artırıb. 6 dəqiqə sonra Luis Suares dubla imza ataraq komandasının 3-cü qolunu vurub.

Qeyd edək ki, Messinin bu matçda vurduğu qol İspaniya çempionatında sayca 400-cü qoludur və bu göstərici rekorddur.

"Barselona" 19 oyundan sonra 43 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Eybar" komandası isə 22 xalla 16-cıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti