...

Çempionlar Liqası: “Roma” doğma meydanda “Portu”ya qalib gəldi (VİDEO)

İdman Materials 13 Fevral 2019 03:57 (UTC +04:00)
Çempionlar Liqasının 1/8 final matçının birinci oyununda “Roma” doğma meydanda “Portu”nu qəbul edib.
Çempionlar Liqası: “Roma” doğma meydanda “Portu”ya qalib gəldi (VİDEO)

Bakı. Tural Turan - Trend:

Çempionlar Liqasının 1/8 final matçının birinci oyununda “Roma” doğma meydanda “Portu”nu qəbul edib. Trend-in məlumatına görə, görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Roma”nın oyunçusu Zanyolo 70 və 76-cı dəqiqələrdə fərqlənib. Buna cavab olaraq “Portu”nun futbolçusu Adrian 79-cu dəqiqədə qollardan birinin əvəzini çıxıb. Lakin qonaq komanda məğlubiyyətlə razılaşmalı olub.

Cavab matçı 6 martda Portuda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti