...

Mersisayd derbisində qolsuz bərabərlik, "Mançester Siti" turnir cədvəlində liderdir

İdman Materials 3 Mart 2019 22:58 (UTC +04:00)
Bu gün İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində Mersisayd derbisində "Everton" "Liverpul"u qəbul edib
Mersisayd derbisində qolsuz bərabərlik, "Mançester Siti" turnir cədvəlində liderdir

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində Mersisayd derbisində "Everton" "Liverpul"u qəbul edib.

Trend-in məlumatına görə, gərgin atmosferdə keçən görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0. "Liverpul" bu görüşdən qələbəsiz ayrılmaqla aktivindəki xalları 70-ə çatıdırıb və turnir cədvəlində 2-ci pillədə qalıb.

Beləki, ötən gün "Mançester Siti" səfərdə "Bornmut" üzərində 0:1 hesablı qələbə qazanaraq xallarının sayını 71-ə çatdırıb və turnir cədvəlində liderliyə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti