...

Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır

İdman Materials 24 Aprel 2019 16:00 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.
Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışına başlayır

Bakı. Trend:

Yunan-Roma güləşi üzrə yığmamız bu gün təlim-məşq toplanışına başlayır.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilin əvvəlindən bütün hazırlığı Bakıda keçən millimiz bu dəfə Göygölə yollanıb. Məşqçilər korpusu bir neçə gənc güləşçi də daxil olmaqla, 30 yaxın idmançıyla mayın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəldiləcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra komandamız Ukraynada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, yaxın günlərdə sərbəst və qadın güləşi üzrə yığmalarımızın da hazırlıq planı ilə bağlı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti