...

Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" arasında qaliblər müəyyənləşib

İdman Materials 6 İyun 2019 19:07 (UTC +04:00)
Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş kateqoriyasında qaliblər müəyyənləşib
Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" arasında qaliblər müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, batut gimnastikası üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri İlya Qrişunin (109.815 xal), ikinci yeri Ruslan Ağamirov (100.130 xal). Hər iki idmançı "Ocaq Sport" klubunun təmsilçiləridir.

Tamblinq üzrə “böyüklər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Mixail Malkin göstərib (65.100 xal, "Ocaq Sport" klubu), ikinci yerdə Fərid Mustafayev (62.400 xal, Bakı gimnastika məktəbi).

Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Riyad Abbasov (84.435 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Renad Eyvazzadə (82.585 xal, "Ocaq Sport" klubu) tutub.

Batut gimnastikası üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Selcan Maqsudova (50.395 xal, Bakı gimnastika məktəbi) göstərib.

Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Tofiq Əliyev (67.600 xal) tutub, ikinci yerdə Adil Hacizadə (65.000 xal), üçüncü yerdə isə Bilal Qurbanov (61.300 xal) qərarlaşıb.

Tamblinq üzrə “gənclər” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Zeynəb Qasımlı (Bakı gimnastika məkəbi) təmsil olunub. Z.Qasımlı 61.900 xal toplayib.

Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Hüseyn Abbasov göstərib (95.300 xal), ikinci yeri Maqsud Maqsudov (93.985 xal), üçüncü yeri Əli Niftəliyev tutub (85.825 xal). İdmançılar Bakı gimnastika məktəbinin təmsilçiləridir.

Batut gimnastikası üzrə “yeniyetmələr” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda birinci yeri Violetta Sorokina (78.860 xal, Bakı gimnastika məktəbi), ikinci yeri Şəfiqə Hümbətova (73.890 xal, Bakı gimnastika məktəbi) tutub. Üçüncü yerdə isə Duyğu Əlizadə (61.630 xal, "Ocaq Sport" klubu) qərarlaşıb.

Tamblinq üzrə “yeniyetmələr” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Abbas Abbasov (61.300 xal), ikinci yeri isə Aleksey Karatoşov (55.100 xal) tutub. İdmançılar Bakı gimnastika məktəbini təmsil edirlər.

Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti