...

Azərbaycan və İran arasında ağır atletika üzrə əməkdaşlıq memorandumu imzalanacaq (FOTO)

İdman Materials 6 İyul 2019 19:24 (UTC +04:00)
30 iyun – 2 iyul tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov İran İslam Respublikasında işgüzar səfərdə olub.
Azərbaycan və İran arasında ağır atletika üzrə əməkdaşlıq memorandumu imzalanacaq (FOTO)

Bakı. Trend:

30 iyun – 2 iyul tarixlərində Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov İran İslam Respublikasında işgüzar səfərdə olub.

AAAF-dan Trend-ə verilən məlumata görə, o, İran Ağır Atletika Federasiyasının (İAAF), həmçinin Ərdəbil Vilayətinin və yerli regional federasiyanın rəhbər şəxsləri, tanınmış sabiq idmançılar, böyük uğurları olan atletlərlə görüşüb, qonşu ölkədə ağır atletikaya yaradılan şəraitlə tanış olub, qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıb.

Baş katibin tanışlıq xarakteri daşıyan səfərində əsas məqsəd AAAF və İAAF arasında əməkdaşlıq memorandumunun imzalanmasına hazırlıqların başa çatdırılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti