...

“Mançester Siti” iki gündür ki, Çinə uça bilmir

İdman Materials 16 İyul 2019 01:46 (UTC +04:00)
İngiltərənin “Mançester Siti” klubu ardıcıl iki gündür “Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.
“Mançester Siti” iki gündür ki, Çinə uça bilmir

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” klubu ardıcıl iki gündür “Premier League Asia Trophy” turnirində iştirak üçün Çinə yollana bilmir.

Trend-in məlumatına görə, buna səbəb səfərin təşkilatçısı “Thomas Cook” şirkətinin əməkdaşlarının səhlənkarlığa yol vermələridir. Belə ki, onlar iyulun 14-də çarter reysinin uçuş tarixi ilə bağlı səhv ediblər. Bir gün sonra isə hava məkanında yer sifariş etməyi unudublar.

“Şəhərlilər” bu gün Çinə yollanmağa ümid edirlər.

Qeyd edək ki, “Mançester Siti” iyulun 17-də turninir yarımfinalında “Vest Hem”lə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti