Bakı. Cani Babayeva - Trend:
Mən yarışlara qalib gəlmək arzusu ilə gəlirəm.
Bunu Trend-ə bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin iştirakçısı, Gəncədən olan Nəzrin Məmmədova deyib.
N.Məmmədova bildirib: "Milli Gimnastika Arenasına yarışlara qalib gəlmək arzusu ilə gəlirəm. Bilirəm ki, birinci olmaq üçün çox və inadla məşq etmək lazımdır. Məşqçi deyir ki, medal haqqında düşünmək olmaz, proqramı təmiz, stabil və gözəl icra etmək lazımdır".
Gimnast qeyd edib ki, bədii gimnastika üzrə Azərbaycan və Bakı birinciliyində artıq ikinci dəfədir iştirak edir, həmçinin bədii gimnastika üzrə "GymBala" turnirində iştirak edib: "Milli Gimnastika Arenası çox gözəldir, burada çıxış etməkdən şadam".