...

İtaliya çempionatında "Yuventus" "İnter"i məğlub etdi

İdman Materials 9 Mart 2020 03:30 (UTC +04:00)
Futbol üzrə İtaliya çempionatının 26-cı turunda "Yuventus" "İnter"ə 2:0 hesabı ilə qalib gəldi
İtaliya çempionatında "Yuventus" "İnter"i məğlub etdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Futbol üzrə İtaliya çempionatının 26-cı turunda "Yuventus" "İnter"ə 2:0 hesabı ilə qalib gəlibi. Görüş daha əvvəl koronavirusun ölkədə yayılması ilə əlaqədar təxirə salınmışdır və tamaşaçı olmadan keçirilib.

Qolları Aaron Remzi (55-ci dəqiqə) və Paulo Dibala (67) vurublar.

63 xal toplayan "Yuventus "çempionatın turnir cədvəlində liderdir, ikinci isə 62 xalla "Latsio" gəlir. "İnter" komandası aktivində 54 xalla üçüncü yeri tutur.

Növbəti matçda "Yuventus" martın 13-də səfərdə "Boloniya" ilə görüşəcək, "İnter" martın 15-də "Sassuolo"nu qəbul edəcək.

Turun 8 martda keçirilən digər matçları: "Milan" - "Cenoa" (1:2), "Parma" - "SPAL" (0:1), "Sampdoria" - "Verona" (2:1) və "Udineze" - "Fiorentina" (0:0).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti