...

Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb (VİDEO)

İdman Materials 11 Mart 2020 14:31 (UTC +04:00)
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya kuboku keçiriləcək
Azərbaycan gimnastları FIG Dünya kubokuna hazırlıqdan danışıb (VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Trend-in məlumatına görə, Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, Marina Nekrasova, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Samirə Qəhrəmanova, Cavidan Babayev təmsil edəcək.

Turnir ərəfəsində hazırlanmış videoçarxda gimnastlar İvan Tixonov, Cavidan Babayev, Murad Ağarzayev və Ağamurad Qəhrəmanov yarışa hazırlıq barədə danışıb. Gimnastlar qeyd edib ki, Dünya Kubokuna hazırlıq əsaslı şəkildə davam edir. Onlar əlavə edib ki, doğma azarkeşlər qarşısında çıxış etmək çox məsuliyyətlidir.

Qeyd edək ki, bu turnir 2020-ci il Yay Olimpiya Oyunlar üçün lisenziya xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti