...

Çempionların Liqası: "Mançester Siti" ilə "Real" arasında oyun təxirə salınıb

İdman Materials 12 Mart 2020 23:53 (UTC +04:00)
İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" komandaları arasında Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində cavab oyunu koronavirus səbəbindən təxirə salınıb
Çempionların Liqası: "Mançester Siti" ilə "Real" arasında oyun təxirə salınıb

Bakı. Trend:

İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real" komandaları arasında Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində cavab oyunu koronavirus səbəbindən təxirə salınıb.

Trend-in məlumatına görə, görüş martın 17-nə təyin edilmişdi və Mançesterdə keçirilməli idi. Madriddə baş tutan ilk qarşılaşma "Mançester Siti"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əlavə, Avropa Futbol Assosiasiyaları Birliyi Turində 17 Mart tarixində keçiriləcək İtaliyanın "Yuventus" və Fransanın "Lion" komandaları arasında Çempionlar Liqasının 1/8 final matçının da təxirə salındığını bildirdi. İlk görüşdə "Lion" qalib olub (1:0).

Qeyd edək ki, daha əvvəl "Real" futbol və basketbol komandalarına koronavirus xəstəliyinin qarşısının alınması üçün karantin tətbiq edib. Basketbol komandasının oyunçularından birinin koronavirus üçün verilən analizi müsbət nəticə verdiyi bildirilib. Karantin müddəti 14 gün təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti