...

"Yuventus" transferlər barədə "Barselona" ilə danışıqlar apardığını təsdiq edib

İdman Materials 4 May 2020 11:01 (UTC +04:00)
"Yuventus" transferlər barədə "Barselona" ilə danışıqlar apardığını təsdiq edib

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubu İspaniyanın "Barselona" klubu ilə futbolçuların keçidi üzrə danışıqlar aparır.

Trend-in "TASS"a istinadən verdiyi məlumta görə, bunu Turin təmsilçisinin idman direktoru Fabio Paratiçi təsdiq edib.

F.Paratiçi bosniyalı Miralem Pyaniçin braziliyalı Arturo Vidal ilə mümkün mübadiləsi ilə bağlı danışıqlar barədə təklifləri şərh edib:

"Biz yalnız futbolçulara görə deyil, daim əlaqədəyik. Hazırkı problemləri müzakirə edir, vəziyyəti proqnozlaşdırırıq".

Qeyd edək ki, İspaniya və İtaliya çempionatları qeyri-müəyyən vaxta təxirə salınıb. "Yuventus" və "Barselona" öz liqalarının liderləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti