...

"Liverpul" məşhur futbolçunu transfer etmək istəyir

İdman Materials 4 May 2020 20:29 (UTC +04:00)
"Liverpul" məşhur futbolçunu transfer etmək istəyir

Bakı. Trend:

Bu mövsüm İngiltərə Premyer Liqasında rekordları yeniləyərək azakeşlərin diqqətini cəlb edən “Liverpul” yeni mövsüm üçün heyətini bir qədər də gücləndirməyə çalışır.

Trend-in məlumatına görə, komanda mərkəz müdafiəçsi və hücümçu transfer etmək niyyətindədir.

Xüsusən də “Napoli”nin müdafiəçisi və Seneqal millisinin üzvü Kalidu Kulibali Avropa nəhənglərinin diqqət mərkəzindədir. Onun maraqlanan klublar arasında “Liverpul”un favorit olduğu deyilir. Mersisaydlılar onun keçidinə görə Deyan Lovreni də əks tərəfə göndərə bilərlər. “Liverpul”un funksionerləri arxa xətdə Vircil Van Daykla tandem yaratmaq üçün güclü mərkəz müdafiəçisi kimi məhz Kulibalini görürlər.

Qeyd edək ki, 28 yaşlı futbolçunun transfer qiymətinin 89 milyon funt-sterlinq olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti