...

"Barselona" Messidən klubdan ayrılma sorğunu aldığını təsdiqlədi

İdman Materials 26 Avqust 2020 00:20 (UTC +04:00)
"Barselona" Messidən klubdan ayrılma sorğunu aldığını təsdiqlədi

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messidən komandanı tərk etmək istəyi barədə bildiriş aldığını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi klubdakı mənbəyinə istinadən bildirib.

Bundan əvvəl İspaniya və Argentina mediası L.Messinin klubdan ayrılmaq istəyi barədə dediyini yazmışdı. Qeyd edildi ki, oyunçu müqavilədəki bir bəndi aktivləşdirmək niyyətindədir. Həmin bəndə əsasən o hər mövsümün sonunda birtərəfli qaydada komandanı tərk edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti