...

"Atletiko" futbolçuları Kosta və Arias koronavirusa yoluxublar

İdman Materials 4 Sentyabr 2020 02:35 (UTC +04:00)
"Atletiko" futbolçuları Kosta və Arias koronavirusa yoluxublar

Bakı. Trend:

"Atletiko"nun ispaniyalı futbolçuları Dieqo Kosta və Santyaqo Arias koronavirus infeksiyasına yoluxublar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

Futbolçuların tətillərini Madrid xaricində keçirdikləri, hər iki xəstəliyin asimptomatik olduğu qeyd edilir. Bildirilir ki, onlar mövsümöncəsi təlim-məşq toplanışının başlanğıcında iştirak etməyəcəklər.

İspaniya çempionatının yeni mövsümü 11 sentyabrda başlayacaq. "Atletiko" ilk oyununu 27 sentyabrda meydan sahibi kimi "Qranada" ilə keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti