...

Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb

İdman Materials 26 Noyabr 2020 20:49 (UTC +04:00)
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanın qrup hərəkətləri komandası Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa Çempionatının finalına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın yer aldığı komandamız 5 topla hərəkətlərdə 34.600 xal toplayaraq finala çıxıblar.

Qeyd edək ki, Azərbaycan komandası bu gün qrup hərəkətlərində iştirak edən bütün komandalar arasında ən yaxşı nəticəni göstərib.

Belə ki, 5 topla hərəkətlərdə İsrail komandası 34.100 xal, Estoniya komandası 32.000 xal, Ukrayna komandası 32.000 xal, Türkiyə komandası 31.900 xal, Fransa komandası isə 29.250 xal toplayıb.

Gimnastlarımız Nərmin Bayramova və Alina Gözəlova da fərdi yarışlarda Avropa Çempionatının finalına vəsiqə qazanıblar.

Alina Gözəlova topla hərəkətlərdə 21.200 xal toplayaraq finala yüksəlib. Nərmin Bayrova iplə hərəkətlərdə 19.150 xal toplayaraq finala vəsiqə qazanıb.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti