...

Batut gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

İdman Materials 31 Mart 2021 10:44 (UTC +04:00)
Batut gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Rusiyanın Soçi şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Trend bu barədə Avropa Gimnastika Federasiyasına istinadən məlumat verir.

Çempionatda Azərbaycanı Nicat Mirzəyev, Hüseyn Abbasov, Maqsud Maqsudov, Selcan Maqsudova, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə, Tofiq Əliyev, Mixail Malkin təmsil edəcək.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı aprelin 29-dan mayın 2-dək keçiriləcək. Yarışda 23 ölkənin idmançıları iştirak edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti