...

UEFA "Yuventus", "Real" və "Barselona" ilə bağlı işə baxılmasını dayındırıb

İdman Materials 10 İyun 2021 02:46 (UTC +04:00)
UEFA  "Yuventus", "Real" və "Barselona" ilə bağlı işə baxılmasını dayındırıb

Bakı. Trend:

Avropanın üç ən yaxşı futbol klublarından olan "Real Madrid", "Barselona" və "Yuventus"un yeni bir futbol turniri - Superliqa yaratmaq cəhdləri ilə əlaqədar məhkəmə prosesi dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə UEFA-dan bildiriblər.

Məlumatda qeyd olunub ki, müstəqil UEFA apellyasiya orqanının Superliqa adlı layihə üzərində işləyərkən qanuni pozuntulara yol verə biləcəyi "Barselona", "Yuventus" və "Real"la bağlı intizam icraatının dayandırılması barədə verdiyi qərarı nəzərə alınıb.

Dayandırılmanın səbəbi üç klubun futbol turniri qurmağa çalışdıqlarına görə UEFA-nın onları cəzalandırmaq hüququna sahib olub olmadığını öyrənmək üçün məhkəmələrə müraciət etmələri ilə izah olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti