...

Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib

İdman Materials 25 İyul 2021 06:13 (UTC +04:00)
Azərbaycan gimnastı Tokio Olimpiadasında xalça üzrə sərbəst hərəkətlərdə çıxış edib

Bakı. Trend:

Bu gün Tokioda yay Olimpiya oyunları çərçivəsində qadınlar arasında idman gimnastikası üzrə təsnifat mərhələsinin yarışları keçirilir. Azərbaycan komandasını Marina Nekrasovanın təmsil edir.

Trend xəbər verir ki, Azərbaycan idmançısının xalça üzərində sərbəst hərəkətlərindəki çıxışının nəticəsi 12.000 xal olub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan idmançısı gimnastika tiri üzərində çıxış təqdim edərək 12.266 bal, müxtəlif hündürlüklü qollarda çıxışında isə 10.833 bal toplayıb.

Qadınlar arasında idman gimnastika yarışları 25 iyul - 3 avqust tarixlərində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti