...

İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu

İdman Materials 26 İyul 2021 00:33 (UTC +04:00)
İspaniyalı motoyarışçı Milian turnir zamanı qəzada həlak oldu

Bakı. Trend:

İspaniyalı motoyarışçısı Uqo Milian "European Talent Cup" turnirində qəzaya uğrayaraq həlak olub.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə dairə-şosse motoyarışları üzrə Dünya çempionatının (MotoGP) mətbuat xidməti məlumat verib.

Hadisə İspaniyanın Araqon əyalətində keçirilən yarışlarda baş verib. Yarışların ən gənc iştirakçısı - 14 yaşlı idmançı xəstəxanaya çatdırılsada həyatını xilas etmək olmayıb.

Altı qat "MotoGP" çempionu ispaniyalı Mark Markes Milianın yaxınlarına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti