...

ADNSU-nun tələbəsi “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandırdı (FOTO)

İdman Materials 1 Sentyabr 2021 17:04 (UTC +04:00)
ADNSU-nun tələbəsi “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandırdı (FOTO)

Bakı. Trend:

ADNSU-nun tələbəsi olan paralimpiyaçımız Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb.

ADNUSU-dan Trend-ə bildirilib ki, V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz, həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.

Xatırladaq ki, Vəli İsrafilov 2021-ci il mayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olaraq "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanmışdı. ADNSU-nun rektoru, professor Mustafa Babanlı iyunun 1-də paralimpiyaçı çempionla görüşərək onu təbrik etmiş və universitetin hər bir sahədə tələbəsinin yanında olduğunu bildirmişdi. Tələbə idmançı V. İsrafilov dəyərli tövsiyələrinə və xüsusi diqqətə görə professor Mustafa Babanlıya, və müəllimlərinə təşəkkürünü bildirmiş, qarşıdakı hədəfə çatmaq üçün bu görüşün onun üçün xüsusi motivasiya olduğunu vurğulamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti