...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gədəbəydə keçirilib (FOTO)

İdman Materials 30 Sentyabr 2021 14:50 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Gədəbəydə keçirilib (FOTO)

Bakı. Trend:

AFFA-nın və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 29 sentyabr 2021-ci il tarixdə Gədəbəy rayonunda keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi məqsədi ilə AFFA-nın təşəbbüsü ilə 2020-ci il ərzində karantin rejminin tələblərinə əməl etməklə Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər həyata keçirilmişdir.

2021-ci il ərzində qeyd olunan layihə üzrə tədbirlər Fizuli, Tərtər, Bərdə, Oğuz Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonundaVərən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qalmış ərazisində keçirilmişdir

Gədəbəy rayonunun Novosaratovka kəndində keçirilmiş tədbirdə 50 məktəbli uşaq o cümlədən şəhid ailələrindən olan uşaqlar iştirak etmişdir. Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Arzu Nağıyev, Sabir Hacıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının I müavini Natiq Nağıyev və rayon ictimayyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev, Sabir Hacıyev və Rayon İcra Hakimiyyəti başçısının I müavini Natiq Nağıyev çıxış ediblər. Tədbirdə çıxış edənlər 27 sentyabır Azərbaycanda Anım Günü ilə bağlı qeyd etdilər ki, 27 sentyabr 2020-ci tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin və qazilərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur və onların xatirəsi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Eyni zamanda şıxış edənlər Respublikamızın müxtəlif regionlarının kənd və qəsəbələrdə belə tədbirlərin təşkil edilməsinin kənd yerlərində idmanın inkişafı üçün əhəmiyyətini qeyd etmişlər.

Bugünkü tədbirdə iştirak edən 50 məktəbli uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir.

Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti