...

XI Çağırış Kuboku keçiriləcək

İdman Materials 29 Oktyabr 2021 18:46 (UTC +04:00)
XI Çağırış Kuboku keçiriləcək

Bakı. Trend:

Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»nun təşkilatçılığı ilə «Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə ənənəvi Çağırış Kubokunun keçirilməsi planlaşdırılır.

«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə XI Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən həyata keçirilən ənənəvi turnirlərdəndir. Builki kubok klubun yaranmasının 20 illiyinə həsr olunacaq. Kubok çərçivəsində Bakı və Gəncədə seçim turları təşkil olunacaq. Seçim turlarında gənclərin fəal iştirakı gözlənilir.

XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turlarının bu ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq.

Qeydiyyat və iştirakla bağlı bütün suallara cavabı klubun soial şəbəkə ünvanından (https://www.facebook.com/Xazarigk) əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti