...

Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

İdman Materials 15 Fevral 2022 22:27 (UTC +04:00)
Qış Paralimpiya Oyunlarında ilk dəfə Azərbaycan bayrağı dalğalanacaq

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvü Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Paralimpiya Komandasının üzvü Mehman Ramazanzadə Pekin 2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. M.Ramazanzadə kross-kantri növünün “sprint” kateqoriyasında çıxış edəcək. İdmançımızın yarışı 09 mart 2022-ci il tarixində baş tutacaq.

XIII Qış Paralimpiya Oyunları 04-13 mart 2022-ci il tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti