...

5 klub Azərbaycan Premyer Liqada iştirak üçün müraciət edib

İdman Materials 3 Mart 2022 10:56 (UTC +04:00)
5 klub Azərbaycan Premyer Liqada iştirak üçün müraciət edib

Bakı. Fərid Zöhrabov -Trend:

Klubların lisenziya almamağa əsas səbəb maliyyə meyarıdır.

Bu barədə Trend-ə AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Futbol üzrə ölkəmizin I divizionunda iştirak edən 5 klubun hamısı Premyer Liqada iştirak üçün noyabr ayında müraciət edib.

E Məmmədov bildirib ki, hazırda sənədləşdirilmə prosesi davam edir:

"Assosiasiya rəsmisi bildirib ki, klubların maliyyə sənədlərini təqdim etmək üçün vaxtları var. Hazırda sənədlərin toplanması prosesi gedir. Klublarda əsas çatışmazlıq maliyyə ilə bağlı olur. Bununla bağlı sənədlər martın sonunda və ya aprelin əvvəlində təqdim olunmalıdır. Komandalar digər meyarlarla bağlı sənədləri veriblər. Lisenziyanı almamağa əsas səbəb olan meyar maliyyədir. Bu, bütün dünya ölkələrində belədir”.

E. Məmmədov bildirib ki, Premyer Liqa üçün müraciətin aprelin 10-udur. Biz sənədləri topladıqdan sonra bunları qiymətləndirməli və komissiya üçün hesabat yazmalıyıq. Bütün bunlarla bağlı mayın əvvəlində qərar verə biləcəyik”, -deyə bildirib.

Qeyd edək ki, I divizionda iştirak edən “Qaradağ Lökbatan”, “Kəpəz”, MOİK, “Zaqatala” və “Turan Tovuz” növbəti mövsüm elitaya qatılmağa iddialıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti