...

Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ilk yarımfinal görüşünə heç-heçə ilə başlayıb

İdman Materials 30 Mart 2022 21:51 (UTC +04:00)
Şəhriyar Məmmədyarov FIDE Qran-Prisinin ilk yarımfinal görüşünə heç-heçə ilə başlayıb

Bakı. Trend:

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində keçirilən FIDE Qran-Prisinın III mərhələsində ilk yarımfinal görüşünü keçirib.

Trend xəbər verir ki, ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşan Ş.Məmmədyarov 30-cu gedişdə heç-heçəyə razılaşıb. Cavab qarşılaşması martın 31-də keçiriləcək.

Qeyd edək ki, yarışın əsasnaməsinə görə, yarımfinal və final iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.

Qrup oyunlarının yekununa əsasən, iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan son iki şahmatçının adı məlum olub. Belə ki, hazırkı turnir cədvəlinə ümumi hesabda liderlik edən macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Hikaru Nakamura Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq artıq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti