...

İtaliya kubokunun ilk finalçısı müəyyənləşib

İdman Materials 20 Aprel 2022 03:46 (UTC +04:00)
İtaliya kubokunun ilk finalçısı müəyyənləşib

Bakı. Trend:

Aprelin 19-da futbol üzrə İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

Trend xəbər verir ki, "İnter" klubu öz meydanında "Milan" komandasına qalib gəlib - 3:0. Qolları Lautaro Martines 4-cü və 40-cı, Robin Qonsens 82-ci dəqiqədə vurub. İlk matç qolsuz yekunlaşmışdı.

Qeyd edək ki, finalda "İnter" klubu "Fiorentina" - "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü turinlilərin səfər qələbəsi ilə başa çatıb - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti