...

7 yaşlı şahmatçımız beynəlxalq yarışlardan mükafatlarla qayıdıb (FOTO)

İdman Materials 4 May 2022 14:22 (UTC +04:00)
7 yaşlı şahmatçımız beynəlxalq yarışlardan mükafatlarla qayıdıb (FOTO)

Bakı. Trend:

7 yaşlı Əhmədli Mehriban Elmar qızı Rapid va Blitz yarışlarında iştirak edərək, Azərbaycana mükafatlarla geri dönüb.

Balaca şahmatçımıza yeni-yeni uğurlar diləyir, layiqincə Azərbacanı daim təmsil etməsini arzulayırıq.

Əhmədli Mehriban Elmar qızı 17.02.2015-ci ildə Bakı şəhərində anadan olub. Mingəçevir şəhəri 3 saylı tam orta məktəbin rus bölməsinin 1-ci sinfində təhsil alır. 5 yaşından Mingəçevir şahmat məktəbinə gedir.

2021-ci ilin oktyabr ay Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə bağlı Mingəçevir şəhərində 7 yaşlı qızlar arasında keçirilən yarışda 7 oyunun 7-sinidə qazanaraq birinci yerə layiq görülmüşdür. 2021-ci ilin noyabr ay isə yarışın davamı olaraq Gəncə şəhərində keçirilən 7 yaşlı qızlar arasında 8 oyunun 8-ni də udub birinci yer qazanmışdır. 2021-ci ilin dekabr ayında həmin yarışın davamı olaraq Bakı şəhərində keçirilən 7 yaşlı qızlar arasında 8 oyundan 8-ni də qazanaraq Azərbaycan çempionu adini qazanmışdır.

7 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatına (Panama şəhərində) vəsiqə qazanmışdır. Buna baxmayaraq Panamada keçiriləcək yarışa ölkəmizdən heç kim getməmişdir. Yunanıstan ölkəsinin Rodos adasında 2022-ci ilin aprel ayında keçirilən Avropa çempionatı yarışında iştirak etmiş, klassik şahmat yarışı üzrə 7yasli qızlar arasında 4-cü yerə layiq görülmüşdür.

Rapid va Blitz yarışlarında 8 yaslı qızlar arasında isə hər iki yarım 9 oyununun 7-sində qalib olaraq 2-ci yerləri qazanmışdır. Onun müəllimi Ağamalıyeva Sənubər, məktəbin direktoru Həsənov Eyyubdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti