Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
Trend xəbər verir ki, komandamız Serbiyada Belarus millisi ilə qarşılaşıb.
Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib – 0:0.
İsveçli baş hakim Məhəmməd Əl-Hakimin idarə etdiyi oyunda millimiz azlıqda qalıb. Belə ki, baş hakim kobud oyuna görə Qismət Əliyevə qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb. Qrupun digər oyununda isə Qazaxıstan komandası Slovakiya millisinə 1:0 hesabı ilə qalib.
Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.