...

Bakı treki digərlərindən tamamilə fərqlidir - Daniel Rikardo

İdman Materials 10 İyun 2022 12:32 (UTC +04:00)
Bakı treki digərlərindən tamamilə fərqlidir - Daniel Rikardo
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı treki digərlərindən tamamilə fərqlidir. Düşünürəm ki, bu dəfə daha yaxşı çıxış edəcəyəm.

Trend-in məlumatına görə, bunu McLaren F1 komandasının pilotu Daniel Rikardo deyib.

O bildirib ki, Bakı treki öz imkanlarını nümayiş etdirmək üçün yaxşı platformdır. “Bütün diqqətimi Bakıda öz imkanlarımı tam istifadə etməyə yönəltmişəm. Mən öz komandamın dəstəyinə inanıram və biz birlikdə daha yaxşı nəticə göstərə bilərik”, - deyə o əlavə edib.

Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir.

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.

Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti