...

Taekvondoçumuz İslam Həmrəyliyi Oyunlarının finalında

İdman Materials 10 Avqust 2022 19:27 (UTC +04:00)
Taekvondoçumuz İslam Həmrəyliyi Oyunlarının finalında
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz qızıl medal uğrunda mübarizə aparacaq.

Trend-in məlumatına görə, Fəridə Əzizova (67 kq) yarımfinalda rəqibinə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün digər taekvondoçumuz Patimat Abakarova (49 kq) bürünc medala sahib olub. Komandamızın daha bir üzvü Cavad Ağayev (68 kq) də finala vəsiqə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, bundan əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medala sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti