...

Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu oldu (FOTO)

İdman Materials 10 Avqust 2022 19:32 (UTC +04:00)
Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu oldu (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Qadın güləşçimiz Mariya Stadnik ikiqat İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Trend-in məlumatına görə, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən M.Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. M.Stadnik 2017-ci ildə Bakıda keçirilən dördüncü İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

(Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti