Konya. Trend:
Azərbaycan taekvondoçusu Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
Trend xəbər verir ki, F.Əzizova finalda iranlı idmançı Zeynəb İsmailini udub.
Bundan başqa, Azərbaycan taekvondoçusu Cavad Ağayev finalda Özbəkistan idmançısı Uluqbek Rəşidova uduzaraq gümüş medala layiq görülüb.
Eyni zamanda Azərbaycan taekvondoçusu Patimat Abakarova bürünc medal qazanıb.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.