Konya. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Trend-in məlumatına görə, o, Qırğızıstan idmançısı Bek Konurbayevə 9:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan güləşçiləri Rafiq Hüseynov və Taleh Məmmədov İslamiada yarışının növbəti mərhələsinə, Rafiq Hüseynov və Eldəniz Əzizov isə yarımfinala yüksəlib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.