Konya.Trend:
Azərbaycanın yunan-roma güləşçisi Xasrət Cəfərov V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Trend-in şənbə günü verdiyi məlumata görə, o, Qırğızıstan idmançısı Amantur İsmayılovu 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.
İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.