...

FİFA Hindistanın Futbol Federasiyasının təşkilatda üzvlüyünü dayandırıb

İdman Materials 16 Avqust 2022 07:15 (UTC +04:00)
FİFA Hindistanın Futbol Federasiyasının təşkilatda üzvlüyünü dayandırıb

Bakı. Trend:

Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb.

Trend xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidmətindən bildirilib.

Qərar yekdilliklə üçüncü tərəflərin qeyri-qanuni təsiri səbəbindən qəbul edilib ki, bu da FİFA nizamnamələrinin ciddi şəkildə pozulması deməkdir.

Üzvlüyün dayandırılması o deməkdir ki, 2022-ci il oktyabrın 11-dən 30-dək Hindistanda keçiriləcək 17 yaşadək qadınlar arasında 2022-ci il Dünya Çempionatı hazırda həmin ölkədə keçirilə bilməz.

Xatırladaq ki, martın 31-də konqresin yekunlarına əsasən FİFA Pakistan, Keniya və Zimbabve futbol federasiyalarının üzvlüyünü dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti