...

Azərbaycan cüdoçusu açıq Avropa turnirinin finalına yüksəlib

İdman Materials 10 Sentyabr 2022 18:35 (UTC +04:00)
Azərbaycan cüdoçusu açıq Avropa turnirinin finalına yüksəlib

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən açıq Avropa turnirində finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz yarımfinalda Dilşad Xalmatova (Ukrayna) ipponla qalib gələrək finala çıxıb. R.Əliyevin qızıl medal uğrunda rəqibi türk Salih Yıldız olacaq.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək turnirdə Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti