...

Cüdoçumuz İtaliyada keçirilən Avropa açıq turnirində gümüş medal qazanıb

İdman Materials 10 Sentyabr 2022 20:20 (UTC +04:00)
Cüdoçumuz İtaliyada keçirilən Avropa açıq turnirində gümüş medal qazanıb

Bakı. Trend:

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində final görüşünə çıxıb.

Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda türkiyəli Salih Yıldızla qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Əliyev 2-ci yerlə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti