...

UEFA Avropa Liqası: “Olimpiakos” - “Qarabağ” – 0:3

İdman Materials 7 Oktyabr 2022 00:54 (UTC +04:00)
UEFA Avropa Liqası: “Olimpiakos” - “Qarabağ” – 0:3

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda üçüncü qol vurulub.

Trend xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçın 86-cı dəqiqəsində Azərbaycan millisinin üzvü Ramil Şeydayov fərqlənib – 3:0.

Matçda əvvəlki qolları Kvabena Ovusu və Marko Veşoviç vurublar.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda Almaniya təmsilçisi öndədir – 2:0.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti