...

“Arzu” kuboku uğrunda mübarizə başa çatdı (FOTO)

İdman Materials 23 Oktyabr 2022 16:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən 21-22 oktyabr 2022-ci il tarixlərində “Sərhədçi Atçılıq Mərkəzi”nin açıq manejində “Arzu” kuboku uğrunda konkur yarışları keçirilmişdir.

“E” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

İlk yarış 21 oktyabr 2022-ci il tarixdə saat 14:00-da başlamışdır. “E” kateqoriyası üzrə 90 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar “Bakı Birinciliyi” uğrunda güclərini sınayıblar. 15 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı, Murad Əlizadə “Light Limerick” ləqəbli atla 1-ci, həmin məktəbin təmsilçisi, İlham Əlizadə “Sina” ləqəbli atla 2-ci yerin sahibi olub. 3-cü yerdə “Elit Atçılıq klubu”nun idmançısı Məryəm Lütfəlibəyova “Valonka” ləqəbli atla qərarlaşıb.

Turnirin 2-ci yarışı, “Arzu” Kuboku uğrunda mübarizəyə 22 oktyabr 2022-ci il tarixdə saat 12:00-dan etibarən start verilib. “M**” kateqoriyalı 125-130 sm hündürlükdə yerləşdirilmiş maneələrdən ibarət yarışda 14 at iştirak edib. “Buta Golden Atçılıq Klubu”nun idmançısı Eqor Morotskiy “Astrello” ləqəbli atla öz rəqiblərinə qalib gələrək 1-ci yerin və “Arzu” kubokunun sahibi olub. “Sərhədçi Atçılıq Klubu”nun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla 2-ci yerə yüksəlib. 3-cü yerin sahibi isə “Elit Atçılıq Klubu”nun nümayəndəsi Anar Hümbətov “Cera 59” ləqəbli atla olub.

Qaliblər Azərbaycan Respublikası Atçılıq Federasiyasının idarə heyətinin üzvü Mübariz Mustafayev tərəfindən diplom, medal və kubokla təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti