...

Argentina millisinin hücumçusu Martinez dünyanın ən yaxşı futbolçusunu açıqlayıb

İdman Materials 27 Noyabr 2022 08:13 (UTC +04:00)
Argentina millisinin hücumçusu Martinez dünyanın ən yaxşı futbolçusunu açıqlayıb

Bakı. Trend:

Argentina millisinin hücumçusu Lautaro Martinez DÇ-2022-nin qrup mərhələsində Meksika üzərində qələbəni şərh edib.

Trend xəbər verir ki, onun sözlərini bazar günü "Ámbito" portalı paylaşıb.

"Bu gün bizə qalib gəlmək lazım idi və bunu bacardıq. Çətin rəqibə qarşı oynadıq. Mənim üçün çox çətin matç oldu, amma bizdə dünyanın ən yaxşı oyunçusu (Lionel Messi - red.) var. Səbrimiz çatdı, haqlı olaraq qalib gəldik", - deyə L.Martinez bildirib.

Xatırladaq ki, ötən gün Dünya Çempionatının qrup mərhələsi çərçivəsində Argentina millisi ilə Meksika komandası qarşılaşıb. Oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Lionel Messi oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti