...

Pele ailəsi və dostları ilə vidalaşdı

İdman Materials 27 Dekabr 2022 17:11 (UTC +04:00)
Pele ailəsi və dostları ilə vidalaşdı

Bakı. Trend:

Futbol üzrə üçqat dünya çempionu Pele ailəsi və dostları ilə vidalaşıb.

Trend xəbər verir ki, buna səbəb futbolçunun vəziyyətinin yenidən pisləşməsi olub.

“Pele ailəsi və dostları ilə vidalaşdı. Futbol əfsanəsi xərçəng xəstəliyinə qarşı mübarizəni yavaş-yavaş uduzur”, - deyə britaniyalı iş adamı, idman meneceri Frenk Xalid Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, 82 yaşlı futbolçu xərçəng xəstəliyindən əziyyət çəkir, böyrək və ürək disfunksiyası səbəbindən reanimasiyadadır. Bundan əvvəl mətbuatda Pelenin orqanizminin kimyaterapiyaya reaksiya vermədiyi və ona palliativ yardım göstərildiyi yazılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti