Bakı. Trend:
Kriştiano Ronaldonun yeni komandası “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.
Trend-in məlumatına görə, Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.
Oyun "Əl-Nəsr"in qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.
Kapitan sarğısı ilə start heyətdə meydana çıxan Ronaldo sonadək oynayıb. Bu, 38 yaşlı futbolçunun "Əl-Nəsr"də ilk rəsmi oyunu olub.