...

"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib

İdman Materials 27 Yanvar 2023 01:58 (UTC +04:00)
"Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı. Trend:

Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti