...

“Real Madrid” klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” ilə qarşılaşacaq

İdman Materials 4 Fevral 2023 23:23 (UTC +04:00)
“Real Madrid” klublararası dünya çempionatının yarımfinalında “Əl-Əhli” ilə qarşılaşacaq

Bakı. Trend:

Klublararası dünya çempionatının 1/4 final mərhələsində Misirin "Əl-Əhli" futbol klubu ABŞ-ın "Sietl" komandasına 1:0 hesabı ilə qalib gəlib.

Trend-in məlumatına görə, turnir Mərakəşdə keçirilir.

Qalib komandanın heyətində qolu Məhəmməd Maqdi vurub (88-ci dəqiqə). Yarımfinalda “Əl-Əhli” bu mərhələyə avtomatik keçən İspaniyanın “Real Madrid” klubu ilə oynayacaq. Qarşılaşma fevralın 8-də Rabatda keçiriləcək

Digər yarımfinalda isə avtomatik olaraq 1/2 finala vəsiqə qazanan Braziliyanın “Flamenqo” komandası Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti