...

"Ferrari" pilotu Şarl Lekler sıralama turunun birincisi oldu

İdman Materials 28 Aprel 2023 18:36 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 komandalarının sıralama yürüşü başa çatıb.

Trend-in məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler yarışın birincisi olub. "Red Bull"un pilotu Maks Ferstappen ikinci, "Ferrari”nin digər pilotu Serxio Peres isə üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu gündən 2023 Formula 1 Azərbaycan Qran Prisi start götürüb. 28-30 aprel tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da Formula 1 komandalarının 2-ci sərbəst yürüşü və Formula 1 və Formula 2 komandalarımın qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə aprelin 30-da keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti